Tarix : 2010 Sep 25
Kod 19090

“Əsrin müqaviləsi” çərçivəsində 200 milyon ton neft çıxarılıb

Azərbaycan tərəfinin qazancı gəlirlərin yarısından da az olub
Azərbaycan servisi/Aran agentliyi
“Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının işlənməsi çərçivəsində (operator VR-dir) 200 milyon ton neft (1,45 milyard barreldən çox) çıxarılıb və ondan cəmi 85 milyon ton (ümumi həcmin 42,5 faizi) mənfəət kimi Azərbaycan tərəfinə çatıb.
Bu bəyanatla Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edib.
Onun sözlərinə görə, hazırda sutkada bu yataqlardan 120 min ton neft və 35 milyon m3 qaz çıxarılır. O həmçinin deyib ki, "Azəri-Çıraq-Günəşli"də hasilat başlayandan (7 noyabr 1997) həmçinin 50 milyard m3 səmt qazı hasil edilib.
“BP-Azerbayacan”ın rəsmi hesabatına əsasən, 1997-2009-cu illərə "Əsrin müqaviləsi" çərçivəsində 1 milyard 343 milyon barrel (181,5 milyon ton), 2010-cu ilin 8 ayında 200 milyon barrel (27 milyon ton) neft çıxarılıb. İlin sonuna kimi daha 100 milyon barrel “Azeri Ligth” markalı neft hasil ediləcək. Hazırda kontrakt meydançasında 62 istismar, 27 su və 5 qaz basma quyusu fəaliiyyətdədir.
Qeyd edək ki, VR-nin məlumatına görə, müqavilə müddətinin sonuna kimi (12 dekabr 2029) şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yatağından 5,4 milyard barrel (730 milyon ton) neft çıxarmağı planlaşdırır. ARDNŞ-in məlumatına görə, "Əsrin müqaviləsi" çərçivəsində cəmi 6,8 milyard barrel (923 milyon ton) xammal çıxarmaq olar.
 
  • Yazılıb
  • da (də) 2010 Sep 25