Tarix : 2010 Sep 25
Kod 19093

Katalikos şəhid Mübarizin cəsədinin qaytarılmasıyla bağlı Sərkisyana müraciət edib

Hacı Allahşükür Paşazadə: "Hələlik bir cavab ala bilməmişik"
Azərbaycan servisi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, erməni katolikosu İkinci Qaregin prezident Serj Sərkisyana Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı müraciət edib. Bu müraciət Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu məsələ ilə bağlı Ümumrusiya patriarxı Kirilə ünvanladığı məktub əsasında baş tutub. Şeyx məsələ ilə bağlı jurnalistlərə bunları bildirib:
“Biz dəfələrlə Ümumrusiya patriarxı Kirilə müraciət etmişik ki, o, Ermənistan katolikosu İkinci Qareginə müraciət etsin. Bu yaxınlarda patriarxlıqdan zəng edilib. Məlumata görə, İkinci Qaregin Ümumrusiya patriarxına bildirib ki, o artıq bu məsələ ilə bağlı Ermənistan prezidenti Serj Sərkisyana müraciət edib. Hələlik bir cavab ala bilməmişik. Biz gözləyirik”.
 
“Yeni Şərq”
 
  • Yazılıb
  • da (də) 2010 Sep 25