Azərbaycan-Özbəkistan hökumətlərarası birgə əməkdaşlıq komissiyasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən iclasının yekununda hökumətlərarası sazişlər paketi imzalayıb
Azərbaycan servisi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, Azərbaycan-Özbəkistan hökumətlərarası birgə əməkdaşlıq komissiyasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən iclasının yekununda hökumətlərarası sazişlər paketi imzalayıb. Bu haqda “Uzbekistan Daily” informasiya agentliyi məlumat yayıb. Məlumata görə, sənədlər vergi və humanitar sahədə qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi, iqtisadi-ticarət, elmi-texniki əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, dəmiryolu nəqliyyatı sahəsində multimodal daşımaların inkişaf etdirilməsini nəzərdə tutur.
Tərəflər həmçinin ətraf mühitin mühafizəsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində idarələrarası saziş imzalayıb.
“Yeni Şərq”