Tarix : 2010 Sep 26
Kod 19106

AXCP-nin qurultayında Müsavatla birləşmə qərarı verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib
Azərbaycan servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib.
APA-nın xəbərinə görə, “Təbriz” kinoteatrında keçirilən tədbirdə AXCP sədri Əli Kərimlinin təklifi ilə qurultayın gündəliyinə Müsavat Partiyası ilə birləşmə məsələsi də salınıb.
Birləşməyə dair qərar layihəsini qurultayın sədarət üzvü Gözəl Bayramlı oxuyub. Layihə səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Qərara əsasən, AXCP-nin Müsavat Partiyası ilə birləşmə qurultayında iştirak səlahiyyəti partiyanın V (VIII) qurultayının nümayəndələrinə verilib.
Ekspertlərə görə, bu iki partiyanın birləşməsi tendensiyası Azərbaycan Respublikasında siyasi fəallığın artmasına və müxalifət cəbhəsinin güclənməsinə səbəb ola bilər. Hələ ki, hakim YAP bu olaya rəsmi münasibətini açıqlamayıb.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 26