Tarix : 2010 Oct 01
Kod 19125

Türkiyə ilə İran Avropa Birliyinin Şərq analoqunu yaradacaq

Türkiyə Cümhuriyyətilə İran İslam Respublikası İslam Şərqində Avropa Birliyinə bənzər bir ittifaq yaradacaq
Türkiyə servisi/Aran agentliyi
“Yeni Şərq”in Deyerler.az-a istinadən verdiyi məlumata görə, Türkiyə Cümhuriyyətilə İran İslam Respublikası İslam Şərqində Avropa Birliyinə bənzər bir ittifaq yaradacaq.
Saytın məlumatında bildirilir ki, Avropa İttifaqına daxil olmasında çoxsaylı maneələr yaradılan Türkiyə, özü yeni alyansın mərkəzində dayanmaq qərarına gəlib. Ekspertlər qeyd edirlər ki, Türkiyənin bu planlarını tam olaraq Asiyaya doğru dönüş kimi şərh etmək doğru deyil. Bu haqda “salamnyus” xəbər verir.
Şərhçilərqeydedirlərki, Şərqdə belə biralyansınyaradılması yalnızTürkiyənindeyil, həmçininYaxın Şərq, Ərəbdünyası və OrtaAsiya ölkələri üçündə böyükperspektivlərvədedir.
İlkolaraqbualyansaTürkiyə, Suriya, Livan, İordaniyavə İranındaxilolacağı bildirilir. Türkiyə və İran isə iki ölkənin sərhəddində artıq azad ticarət zonasının yaradılması haqqında danışıqlara başlayıb. “Biz demək olar ki, artıq iranlı həmkarlarımızla azad ticarət zonasının yaradılması barədə razılığa gəlmişik və hazırda danışıqlar davam etdirilir. Layihə tam reallaşdıqdan sonra Azərbaycan da buraya daxil ola biləcək”, - deyə Əhməd Davutoğlu bəyan edib.
Xatırladaq ki, uzun illərdir “Yeni Şərq” Araşdırmalar Mərkəzi İslam Şərqində Avropa Birliyinə bənzər bir qurumun yaradılması məsələsini araşdırır və belə bir ittifaqın məntəqə dövlətlərinin, regionun xeyrinə olacağını bildirir. Mərkəz Azərbaycanımızın da bu ittifaqda təmsil olunmasını əhəmiyyətli və faydalı hesab edir.
Qeyd edək ki, vaxtıyla Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan da belə bir ittifaqın yaradılması istiqamətində ciddi addımlar atmışdı, lakin o zaman faktik olaraq çevriliş nəticəsində onun hakimiyyətdən getməsi bu prosesi ləngitmişdir. İndi yenidən Şərq İttifaqı mövzusu gündəmdə və artıq sözü gedən layihənin gerçəkləşməsi istiqamətində real addımlar atılmaqdadır.
 
“Yeni Şərq”
 
  • Yazılıb
  • da (də) 2010 Oct 01