Sabahdan təhsil müəssisəsində məsələylə bağlı ölkə qanunları işləməyə başlayacaq
Azərbaycan servisi/Aran agentliyi
"Yeni Şərq"in verdiyi məlumata görə, günlərdən bəri Müəllimlər İnstitutunda tələbə qızlara qoyulmuş qeyri-qanuni hicab qadağası problemi öz müsbət həllini tapıb. Bu haqda "Yeni Şərq"ə DAVAMM-dan məlumat verilib. Hüquq müdafiəçiləri bildiriblər ki, artıq sabahdan etibarən hicablı tələbə xanımlar da digər tələbələrlə yanaşı dərslərdə iştirak edə biləcəklər.
Xatırladaq ki, Müəllimlər İnstitutunun bir qrup tələbəsi sentyabrın 21-dən dərsə buraxılmırdı. Səbəb həmin tələbələrin ali təhsil müəssisəsinə hicabla gəlməsi idi. Tələbələrin sözlərinə görə, institut rəhbərlyi yalnız hicablarını açacaqları halda onların dərsə buraxılmasına icazə veriləcəyini bildirirdi. Hicab bağlamalarının onların tədrisinə heç bir əngəl törəmətdiyni deyən tələbələr isə rəhbərlyin bu qərarını özbaşınalıq hesab edir.
"Yeni Şərq" olaraq inanclı bacılarımızın hicab probleminin həll edilməsi münasibətilə bütövlükdə xalqımızı təbrik edir, problemin həllində zəhməti olan bütün qurumlara, ayrı-ayrılıqda hər bir kəsə, xüsusilə DEVAMM və onun rəhbəri Hacı İlqar İbrahimoğluna öz minnətdarlığımızı bildiririk.
Ümid edirik ki, bir daha inanclı vətəndaşlarımız bu kimi yersiz problemlərlə üzləşməyəcəklər.
"Yeni Şərq"