Tarix : 2010 Oct 01
Kod 19129

AMEA doktoranturaya qəbul aparacaq institutları təsdiqlədi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü Rəyasət Heyətinin iclasında doktoranturaya qəbul aparacaq institut və elmi mərkəzlərin siyahısını təsdiq edib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü Rəyasət Heyətinin iclasında doktoranturaya qəbul aparacaq institut və elmi mərkəzlərin siyahısını təsdiq edib. AMEA-nın qərarına görə, 37 elmi institut bu siyahıya daxil edilib.
Sentyabrın sonu, oktyabrın əvvəlində Azərbaycan Respublikasında doktoranturaya qəbul elan olunacaq və ilin sonuna qədər həmin təhsil pilləsinə qəbul həyata keçiriləcək.
İclas zamanı AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, gələcəkdə müvafiq ixtisaslar açacaq institutlar da həmin siyahıya daxil ediləcək.
Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi doktoranturaya yeni qəbul qaydalarına əsasən, qəbul imtahanları, minimumların verilməsi, elmi rəhbərlərin seçilməsi, həmçinin, doktoranturaya qəbul aparan institutlara tələblər artırılıb.
Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" yeni qanun qəbul olunduqdan sonra bu təhsil pilləsinə qəbul aparılmayıb.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Oct 01