Tarix : 2010 Oct 05
Kod 19151

Prezident İlham Əliyev yəhudi məktəbinin açılışında iştirak etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimdə iştirak etmişdir
Azərbaycan servisi/Aran agentliyi
"Yeni Şərq"in verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimdə iştirak etmişdir. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Prezidentlə yanaşı, açılış mərasimində xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak edib.
Prezident Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu və bildirdi ki, Xəzər dənizi sahilindəki bu mənzərəli guşədə mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılmışdır.
Mərkəzin 30 siniflik tədris korpusu istifadəyə hazırdır. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam təchiz edilmişdir. Mərkəzin ayrıca istilik sistemi vardır. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilmiş, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzin tikintisində, əsasən, yerli tikinti materiallarından istifadə edilmişdir. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev Levayev Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan danışdı, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğuladı.
 
"Yeni Şərq"
  • Yazılıb
  • da (də) 2010 Oct 05