Tarix : 2010 Oct 05
Kod 19154

Türkiyədə hicab qadağasına son qoyuldu

Atatürk zamanından olan hicab qadağasına son qoyuldu
Türkiyə servisi/Aran agentliyi
“Yeni Şərq”in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu dövlətin təhsil müəssisələrində indiyədək mövcud olan başörtüsü qadağası ləğv edilib. Bundan sonra hicablı qızlar universitetlərə baş örtüsü ilə gedə biləcəklər.
Məlumat verilir ki, ölkədə islamyönümlü iqtidarla müxalifətin universitetlərə sərbəst formada daxil olması üçün müzakirələrin hələ davam etdiyi vaxtda, Yüksək Öyrətim Qurumu (YÖK) məsələni önləyərək hicab qadağasını ləğv edib. Qurum buna dair müvafiq göstərişi artıq təhsil müəssisələrinə göndərib. Yüksək Öyrətim Qurumun yazılı açıqlamasında qeyd olunub ki, hicablı tələbələr universitetə başörtüyündə daxil olacaqlar: "Bu qərarı bütün universitetlər rəhbər tutmalıdırlar. Daha heç bir kəs universitetin qapısından bayıra atılmayacaq. Biz bunu qəbul edə bilmərik".
Yüksək Öyrətim Qurumunun rəhbəri isə jurnalistlərə açıqlamasında bildirib ki, bundan sonra hər hansı bir müəllimin hicablı şagirdi hicabına görə sinifdən çıxarararsa, həmin müəllim haqqında müvafiq tədbirlərin görüləcək.
Beləliklə, qadın-qızların əksəriyyətinin hicablı olduğu müsəlman Türkiyədə 70 il sürən başörtüsü qadağası nəhayət öz müsbət həllini tapdı. Bu münasibətlə “Yeni Şərq” olaraq Türkiyəli qardaş-bacılarımızı təbrik edirik.
 
“Yeni Şərq”
 
  • Yazılıb
  • da (də) 2010 Oct 05