Tarix : 2010 Oct 12
Kod 19177

Azərbaycan Respublikasında bir əsgər o biri əsgəri güllələyib

Azərbaycan Respublikası ordusunun əsgəri hərbçi yoldaşını avtomat silahla vurub. Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissəsində qeydə alınıb
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası ordusunun əsgəri hərbçi yoldaşını avtomat silahla vurub. Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissəsində qeydə alınıb. Azərbaycan KİV-lərində yer alan məlumatda bildirilir ki, 19 yaşlı İlkin Abdullayevin avtomat silahdan açdığı atəş nəticəsində 19 yaşlı əsgər yoldaşı Araz Eminli ayağından yaralanıb.

Yaralı hərbi hospitala yerləşdirilib. Verilən ilkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Lakin olayın insident nəticəsində baş verməsi də istisna edilmir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bir əsgərin digər əsgəri avtomat silahla güllələməsi faktınə təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2010 Oct 12