2011-ci ildə bir neçə ölkədə Azərbaycan Respublikasının səfirlik və konsulluqları açılacaq
Azerbaijan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 2011-ci ildə bir neçə ölkədə Azərbaycan Respublikasının səfirlik və konsulluqları açılacaq. Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Vaqif Sadıqov deyib. Azərbaycanın xaricdə diplomatik nümayəndəliklərinin sayının son illər artırdığını deyən Vaqif Sadıqov bunun müsbət nəticələrinin olduğunu söyləyib.
Nazir müavini qeyd edib ki, 2011-ci ildə Livan, Oman, Estoniya və Xorvatiyada səfirliklərin, Gürcüstanın Batumi şəhərində isə baş konsulluğun açılması nəzərdə tutulur: “Onların təsis edilməsi haqqında qərarlar verilib. Bu ilin sonu, gələn ilin əvvəllərinə büdcədən ayrılan vəsaitlər hesabına həmin diplomatik nümayəndəliklərin fəaliyyətə başlayacağını gözləyirik”.
“Aran” İA