Tarix : 2010 Oct 13
Kod 19192

İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİDƏN HAKİMİYYƏTƏ SƏRT MESAJ

AXCP-Müsavat seçki bloku 7 noyabrda keçiriləcək Parlament Seçkilərinin ilkin mərhələsinin başa çatması və bu mərhələdə baş verən qanun pozuntularına həsr edillmiş mətbuat konfransı keçiriblər
Azərbaycan servisi/Aran agentliyi

 

AXCP-Müsavat seçki bloku 7 noyabrda keçiriləcək Parlament Seçkilərinin ilkin mərhələsinin başa çatması və bu mərhələdə baş verən qanun pozuntularına həsr edillmiş mətbuat konfransı keçiriblər. FaktXeber.com-un verdiyi məlumata görə, baş vermiş qanun pozuntuları ilə bağlı AXCP-Müsavat seçki bloku adından Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli danışıb.

İlk öncə çıxış edən Müsavat başqanı İsa Qəmbər təbliğat-təşviqat kampaniyası dövründə müxalifətə qarşı yaradılmış suni maneələrdən danışdı. O, KİV-dəm istifadənin məhdudlaşdırılmasını vurğulayaraq qeyd etdi ki, televiziyalarda hər hansı bir namizədin çıxışı üçün tələb olunan maliyyənin kritik həddə olması, dövlət tərəfindən yaradılmış suni bir əngəldir.

Bundan əlavə etiraz aksiyaları barədə müraciətlərə qeyri-qanuni olaraq icazə verilməməsini iqtidarın qorxaqlığı kimi dəyərləndirdi. İsa Qəmbər bu həftənin sonu 2003-cü il 15 oktyabar hadisələrinin ildönümü ilə əlaqədar etiraz aksiyası keçiricəklərini bildirdi. İcazə üçün müraciət etdiklərini vurğulayan Müsavat başqanı, icazə verilməsə belə, mitinq keçirəcəklərini söylədi. O, iqtidarın bu cür süni maneələrini, bəhanələrini acizlik əlaməti kimi qiymətləndirdi.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli də seçki prosesində kütləvi qanun pozuntularının olduğunu bildirdi. O, ilk öncə MSK-nın 15 imza vərəqəsinin 11-ə endirilməsini iqtidarın son sığınacaq yeri olduğunu söyləyərək, AXCP-Müsavat seçki bloku tərəfindən namizədliyi irəli sürülən namizədlərin yığılmış imzalarının əsassız yerə saxta çıxarılmasını bildirdi. Hətta vətəndaşlara qarşı öz imzalarını geri götürmək üçün müxtəlif təzyiq vasitələrdən istifadə edildiyini söyləyən Ə.Kərimli, bu yöndə qeyri-qanuni olaraq polis zorbalığına belə müraciət edildiyini vurğuladı.

Bundan əlavə o, şəxsiyyət vəsiqələrinin vaxtı keçməsi bəhanəsilə minlərlə insanın imzasının saxta çıxarıldığını da qeyd etdi.

Partiya rəhbərləri bu istiqamətdə ATƏT və AŞ-nın gördüyü işlərin mənasız və nəticəsiz olduğunu da söylədilər. Seçkini boykot etmək məsələsinə gəldikdə isə, müxalifətət liderləri bunu etməyəcəklərini və seçki həvəsində olduqlarını bildirdilər.

Əli Kərimli namizədlərinin 100 nəfərindən 27-nin qeydə alındığını 26-nın imzalarının saxta çıxarıldığını söylədi. Daha sonra YAP-ın namizədlərinin sayının 113 nəfər olduğunu söyləyən İsa Qəmbər, “əgər həmin namizədlərin heç olmasa birinin sənədləri düzdürsə, mən onda siyasətdən gedəcəm” – deyə qeyd etdi.

Sonda bu cür qanun pozuntularının Azərbaycan iqtidarı üçün heç də yaxşı nəticələnməyəcəyi mesajı verildi.

  • Yazılıb
  • da (də) 2010 Oct 13