Tarix : 2010 Oct 13
Kod 19205

Azərbaycan Respublikasının Neft Şirkəti üçün 42 mərtəbəli göydələn tikilir

Bakıda Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dünən Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev də bu mərasimdə iştirak edib. Azərbaycan Prezidenti əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxemə, eskizinə və maketinə baxıb. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib ki, inşa ediləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək.

Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkətinin “külək-alov” konsepsiyası əsasında layihələndirdiyi binanı Türkiyənin “TEKFEN İnşaat” şirkəti tikəcək. Dövlət başçısı gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb.

Qeyd edək ki, 42 mərtəbəsi olacaq bu bina Azərbaycan Respublikasının ən hündürmərtəbəli binası olacaq. İndiyədək ən hündür bina Bakıdakı 22 mərtəbəli bina hesab edilirdi.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 13