noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrinin dövlət başçılarının sammitində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulur
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrinin dövlət başçılarının sammitində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulur. Bu barədə beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. Nazir müavini qeyd edib ki, sazişə aid olan bir sıra məsələləri razılaşdırılıb, lakin hələ də razılaşdırılmamış məqamlar qalıb. Ona görə də sazişin bütün beş ölkə tərəfindən qəbul olunması üçün daha bir görüşün keçirilməsinə ehtiyac var: “Biz çalışacağıq ki, sazişi noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammiti üçün hazırlayaq”,- deyə Xələf Xələfov bildirib.
“Aran” İA