Tarix : 2010 Oct 13
Kod 19207

İran Azərbaycana ən yeni silahlar təklif edir

İran İslam Respublikası Azərbaycana ən yeni silahlar təklif edib. Təklif İranın müdafiə naziri general Əhməd Vəhidinin Bakıya səfəri zamanı irəli sürülüb
Azərbaycan servisi/Aran agentliyi

“Yeni Şərq”in “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Azərbaycana ən yeni silahlar təklif edib. Təklif İranın müdafiə naziri general Əhməd Vəhidinin Bakıya səfəri zamanı irəli sürülüb.

İranlı nazir bildirib ki, “İranın Azərbaycanla hərbi sahədə ikitərəfli əlaqələrin genişlənməsi barədə əvvəl də müəyyən razılaşmaları olub. Bu səfər zamanı isə bu əlaqələrin genişlənməsi, əməkdaşlığın yüksək həddə çatdırılması məsələlərini müzakirə edəcəyik. Yeni sənədlər də imzalana bilər”.

Qəzet bildirir ki, Rusiya mənbələrinin xəbərlərinə görə, İran Azərbaycana öz hərbi sənayesinin istehsalı olan bəzi yeni silahlar təklif edir. Bunların arasında “Yer-Yer” tipli raketlər, tank əleyhinə qurğular və reaktiv artilleriya qurğuları da yer alır. 2005-ci ildə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın başlamasından sonra Azərbaycan İrandan bəzi silahlar almağa başlayıb. Həmçinin bəzi silah və hərbi texnikanın birgə istehsalına dair müzakirələr gedir.

 

“Yeni Şərq”

  • Yazılıb
  • da (də) 2010 Oct 13