Tarix : 2010 Oct 13
Kod 19208

Bakıda partlayış baş verib

Zavodda baş vermiş partlayış nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasia Agentliyin verdiyi məlumata görə, Bakıda "Radioquraşdırma"Zavodunda partlayış baş verib.

Xətai Rayon Prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən gün Bakının Xətai rayonunda - R.Quliyev küçəsində yerləşən zavodda naməlum maddənin partlaması nəticəsində fəhlə, 29 yaşlı Musayev Ramiz Cavid oğlu qarın nahiyəsindən və hər iki qolundan xəsarət alıb. Musayev ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı haqda məlumat verilmir. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 13