Tarix : 2010 Oct 16
Kod 19216

Bu gecə saat 00.00-dan təbliğat-təşviqat kampaniyasına start verildi

Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası oktyabrın 14-dən 15-nə keçən gecə saat 00.00-dan start verilib
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası oktyabrın 14-dən 15-nə keçən gecə saat 00.00-dan start verilib.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, təşviqatın aparılması seçki gününə 24 saat qalmış, yəni noyabrın 6-da saat 08.00-da dayandırmalıdır. Bu, həm qeydə alınmış namizədlərə, həm namizədi qeydə alınmış siyasi partiyalar və seçki bloklarına aiddir.

Bugünədək Azərbaycan Respublikası Milli Məclisinə 125 seçki dairəsi üzrə 695 nəfərin namizədliyi qeydə alınıb. 324 nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

Bu günə kimi 7433 nəfər müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət edib. Müşahidəçiliklə bağlı bütün müraciətlərə müsbət cavab verilib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər noyabrın 7-də keçiriləcək.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Oct 16