Tarix : 2010 Oct 16
Kod 19217

Şeyxülislam Liviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Hacı Allahşükür Paşazadə Liviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Səad Mustafa Mucbir ilə görüşüb
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Hacı Allahşükür Paşazadə Liviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Səad Mustafa Mucbir ilə görüşüb.

Şeyxülislam dost və qardaş Liviya xalqına xoş arzularını bildirib, ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan, Azərbaycanda mövcud din-dövlət münasibətləri, ölkəmizdə tolerantlıq, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələrindən danışıb. Liviyanın səfiri din sahəsində nailiyyətlərin qazanılmasında QMİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Oct 16