David Arutyunyan: ''Vaxtı ilə uğursuzluğa düçar olan məsələnin təkrarlanmasını lazım bilmirik''
Azerbaijan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Ermənistan Avropa Şurası Parlametn Assambleyasında (AŞPA) “Dağlıq Qarabağ üzrə alt komitə”nin yaradılmasının əleyhinədir. Bunu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyan deyib. Onun sözlərinə görə, qurum sədri Mövlud Çavuşoğlu ilə keçirilən görüşdə müvafiq məsələ müzakirə edilib.
Bu məsələdə bizim mövqeyimiz dəyişməz olaraq qalır. Vaxtı ilə uğursuzluğa düçar olan məsələnin yenidən təkrarlanmasını lazım bilmirik. Hamıya məlumdur ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə əvvəllki komissiyası müvəffəqiyyətsizliyə uğradı”,- deyə D. Arutyunyan bildirib.
Ermənistanın AŞPA-dakı nümayəndəliyinin rəhbəri eyni zamanda qurumdakı azərbaycanlı həmkarları ilə bundan sonra da danışıqlar aparmağa etiraz etmədiklərini bildirib.
“Aran” İA