Tarix : 2010 Oct 17
Kod 19232

Əhmədinejad: ''Onların başqa variantı yoxdur''

İran və 5+1 qrupuna daxil olan ölkələr arasında nüvə proqramına dair danışıqların yeni raundu noyabrın 15-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək
IIR servisi/Aran agentliyi

İran və 5+1 qrupuna daxil olan ölkələr arasında nüvə proqramına dair danışıqların yeni raundu noyabrın 15-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək. İran prezidenti Mahmud Əhmədinejad Ərdəbil şəhərində sakinlərin qarşısında çıxışında danışıqların yenilənməsi qərarına öz münasibətini bildirib.

“İranla bu məsələdə danışıqlar aparmaq Qərb üçün yeganə çıxış yoludur. Onların başqa variantı yoxdur. Bütün digər yollar qapalıdır. Qərb bunu yaxşı bilir. Onlar elə fikirləşirdilər ki, İran xalqını sanksiyalar və hədə-qorxu vasitəsilə zəiflədə biləcək. Lakin İran xalqı birlik, həmrəylik və gücünü göstərdi. İran xalqı öz beynəlxalq hüquqlarından heç vaxt əl çəkməyəcək”, - deyə o vurğulayıb.

  

  • Yazılıb
  • da (də) 2010 Oct 17