Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasında istehsal olunmuş filmlər İranda nümayiş olunacaq. Bu haqda Azərbaycanın Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb. Bildirilir ki, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin film festivalı keçiriləcək.
Festivalda Azərbaycan Respublikası da daxil olmaqla, 16 müsəlman ölkəsi 131 qısametrajlı filmlə iştirak edəcək.
ECO-ya üzv ölkələrin film festivalının noyabr ayının sonlarında keçiriləcək.
“Aran” İA