Tarix : 2010 Oct 20
Kod 19254

“Qarabağ münaqişəsinin 40 ilə həll edilməməsi faciə olardı”

“Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi “Kommersant”a müsahibəsində deyib
Azərbaycan servisi/Aran agentliyi

 

“Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi “Kommersant”a müsahibəsində deyib.

“Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin 49 il artırılması Dağlıq Qarabağ münaqişəsinin həllinin də bu qədər uzanacağı anlamına gəlmir ki?” sualını cavablandıran Semnebi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi həddən artıq uzanır və region və regiona qonşu ölkələr üçün təhlükə törədir: “Çünki bu münaqişə vakuumda deyil. Münaqişəni həll etmək üçün daha çox səy göstərmək lazımdır. Son zamanlar qoşunların təmas xəttində insidentlər və atışmalar müşahidə edirik, atəşkəs rejimini gücləndirmək zəruridir. Atəşkəs əlbəttə ki, problemləri həll etmir, lakin o, danışıqlar prosesinin normallaşdırılmasına yardım göstərir”.

Ekspertlərə görə, Qarabağ münaqişəsinin həlli üçün aparılan hazırki danışıqlar formatı ilə münaqişənin həllinə nail olmaq mümkünsüzdür. Belə ki, vasitəçilik missiyasını daşıyan Minsk Qrupu üzvlərinin hər üçü də - ABŞ, Fransa və Rusiya işğalçı Ermənistana havadarlıq edir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 20