Tarix : 2010 Oct 20
Kod 19255

Azərbaycan Respublikasında saxta ərzaq məhsulları satan mağazalar aşkar edilib

İstifadə müddəti ötmüş 340 kq ərzaq malları məhv edilib
Azərbaycan servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında yoxlamaları nəticəsində ölkədə istifadə müddəti ötmüş 340 kq ərzaq malları aşkarlanaraq, məhv edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən monitorinqlər zamanı ümumi çəkisi 340 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Saxta ərzaq malları aşağıdakı mağazalarda aşkar edilib:

Bakının Nizami rayonunda:

- Q.Qarayev prospekti, ev 25/6, mənzil 30 ünvanında Rahilə Məhərrəmova və eyni ünvanda Zulafət Qafarovaya məxsus mağazalarda,

- Q.Qarayev prospekti, ev-25/6, mənzil 16 ünvanında yerləşən “Nərmin market”də,

- Q.Qarayev prospekti, ev 69 ünvanındakı “Qasid market”də,

- Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində, 2568 ünvanında yerləşən “Samir market”də,

- B.Nuriyev küçəsi, ev 40C ünvanında “Elgün market”də,

Yasamal rayonunda:

- Cəfər Cabbarlı küçəsi, ev 16 ünvanında yerləşən “Mobil market”də,

- Füzuli küçəsi, 2/15 ünvanındakı “Fərid market”də,

Səbail rayonunda:

- İstiqlaliyyət küçəsi, 47/13 ünvanında German Bekerova məxsus mağazada və həmin ünvandakı “Moskva ərzaqları”mağazasında.

Qeyd edək ki, Azərbaycan Respublikasının Şəmkir, Ağdam, Quba və Tovuz rayonlarında da eyni xoşagəlməz hal müşahidə olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

 

“Aran” İA

 

 

  • Yazılıb
  • da (də) 2010 Oct 20