Tarix : 2010 Oct 20
Kod 19256

Qubanın Güləzi kəndi boşaldılır

Azərbaycan Respublikasının Quba rayonun Güləzi kəndinin ərazisi sürüşkən ərazidə yerləşdiyi üçün əhalinin Aşağı Atuc kəndinə köçürülməsi planlaşdırılır
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Quba rayonun Güləzi kəndinin ərazisi sürüşkən ərazidə yerləşdiyi üçün əhalinin Aşağı Atuc kəndinə köçürülməsi planlaşdırılır.

Bu barədə Quba rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri Əsədulla Babayev jurnalistlərə məlumat verib. Şöbə müdirinin sözlərinə görə, bunun üçün dövlət layihəsi hazırlanır. Layihədə Qubanın aran kəndi olan Aşağı Atucda 60 hektar ərazi ayrılıb.

“Əhalinin Quba rayonun Güləzi kəndindən Aşağı Atuc kəndinə köçürülməsi üçün layihə hazırlanır. Bunun üçün kənddə 60 hektar torpaq sahəsi nəzərdə tutulub. Nəzərdə tutulub ki, 189 təsərrüfat və evlər köçürülsün. Çünki Güləzi kəndinin ərazisi sürüşmə zonasındadır. Burada tikinti aparmaq mümkün deyil. Ona görə kəndin köçürülməsi qərara alınıb”, - deyə Əsədulla Babayev vurğulayıb.

Artıq layihə ilə əlaqədar rayona mütəxəssislər gəlib. Onlar kəndlərə baxış keçirib və lazım olan informasiyalar toplayıb. Layihənin icrasınınyaxın günlərdə həyata keçiriləcəyi bildirilir.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Oct 20