Tarix : 2010 Oct 21
Kod 19265

Azərbaycan Respublikasında dini dirçəliş

.
Azerbaijan servsi/Aran agentliyi

 

Vəli Cəbbari

Şiə sosiologiyası üzrə ekspert

Müqəddimə

Bu günlərdə Azərbaycan Respublikasında şiələrin ictimai-siyasi durumu haqqında söhbət düşəndə təsəvvürdə daha çox canlanan dövlət səviyyəsində islamafobiya olur. Bunun səbəbi dindarların təzyiqə məruz qoyulması, hüquqlarının tapdanması ilə müşayiət olunan dövlət siyasətləridir. Dini təlimlərin dirçəldilməsi, şiəliyə artan maraq gündəmə gəlmir. Amma belə bir mühüm nöqtəni xatırlatmalıyıq ki, dövlətin təzyiqləri xalqın fəallaşmasının nəticəsidir. Əgər şiəlik dirçəlməsəydi, dindarların şiəlik istəkləri ortaya qoyulmasaydi, dövlətin təzyiqləri də bir bu səviyyədə olmazdı.

Azərbaycan Respublikasında son on ildə dini təlimlərin ardıcıl şəkildə güclənməsi müşahidə edilir. Bu dirçəliş məntəqə xaricindəki supergüclərin istəkləri ilə təzyiqlə qarşılaşır. Regionda azğın firqələrin ərsəyə gəlməsi də bu prosesin tərkib hissəsidir. Vəhabilik, nurçuluq, məsihilik, sufilik kimi cərəyanlar şiəliyə qarşı dövlət təziqlərinin tərkib hissəsidir.

Hazırkı məqalədə öncə Azərbaycan Respublikasındakı dini-siyasi mövzularla bağlı prosesler araşdırılmışdır. Bu yolla ölkədə  şiə təlimlərinin dirçəliş prosesi nəzərdən keçirilmişdir. Daha sonra Azərbaycan Respublikasında dinin dirçəliş şəraiti araşdırılmış, dindar və şiə xalqın ölkə və beynəlxalq çapda ictimai-siyasi, mədəni baxımdan fəaliyyətləri nəzərdən keçirilmişdir.

1.Mövcud sosioloji sorğular əsasında Azərbaycan Respublikasında dini və siyasi meyllər

Əgər yersiz proqnozlardan və dini-siyasi təmayüllərdən çəkinərək həqiqi dəyərləndirmə aparmaq istəsək, münasib olar ki, mövzuya qərb ölkələri prizmasından yanaşaq. Qərbin “Adam” adlı sosioloji sorğu mərkəzinin Azərbaycan Respublikasında dini-siyasi mövzularla bağlı apardığı sorğunun nəticələrindən aydın olur ki, xalqın 49% -i ölkənin dini prinsiplər əsasında idarə edilməsini istəyir. Respondentlərin 65%-i təriqətçilik və azğın dini təbliğatlara müxalifliyini bildirib. Sorğuda iştirak edənlərin 35%-i şiələrin seçkilərdə iştirakını zəruri sayıb. Sorğuya qatılanların  90%-i İslam peyğəmbərinin karikaturasına qarşı çıxanları himayə ediblər. 51% iştirakçı qərbin beynəlxalq terrorizmlə mübarizə şüarını həqiqətdən uzaq sayır.

Dəyərləndirmədən aydın olur ki, Azərbaycan Respublikası əhalisinin əksəriyyəti Qərbin beynəlxalq terrorizmlə mübarizə iddiasına inanmır. Xalqın qəti şəkildə karikatura hadisəsinə etirazı və ölkənin dini qanunlarla idarə edilməsini dəstəkləməsi xalqın dini təəssübündən danışır. Şiə qruplarının seçkilərə qatılması arzusu və onların siyasi fəaliyyətlərinin zəruri sayılması diqqəti çəkən mövzulardır. (“Bakinskie vedomosti”, 20.03.85)

Azərbaycan Respublikasında fəaliyyət göstərən Yeni Şərq Araşdırmalar mərkəzi sionist rejimin Qəzzəyə hücumunun ardınca xalq arasında sorğu aparmış və onun nəticələrini elan etmişdir. Sorğuların nəticəsindən aydın olur ki, xalqın əksəriyyəti sionistlərin cinayətlərinə qarşıdır və onlara cavab verilməsini istəyir. Sorğu 200 nəfər (yüz kişi, yüz qadın) arasında aparılmışdır. Sorğuya əsasən respondentlərin 76,5 %-i İsraili cinayətkar sayır, 12%-i İsrailin HƏMAS tərəfindən təhrik edildiyini düşünür. Sorğuda iştirak edənlərin 64%-i Qəzzəyə hücumu vəhşilik sayır və qətliam kimi dəyərləndirir. İştirakçıların 18%-i bu müharibəni silahların sınağı, 6%-i özünümüdafiə kimi qiymətləndirir. Respondentlərin 93%-i uşaqların, qadınların və qocaların qətliamını məhkum edir, 5,5%-i (11 nəfər) qətliamı müharibənin qaçılmaz nəticəsi sayır. 84% belə hesab edir ki, bu qətliama heç bir əsas göstərilə bilməz. İştirakçıların 69%-inin fikrincə bu hadisədə İsrailin məqsədi Fələstin və Qəzzəni bombalamaq olub. Sorğuya qatılanların 77%-i bildirib ki, İsrail öz məqsədlərinə çatmamış müharibəni dayandırıb. 69% isə (138 nəfər) HƏMAS-ı Fələstin müqavimətinin öncülü sayıb. 11,5% HƏMAS-ı müxalif qrup, 9,5% terrorist təşkilat adlandırıb. Respondetlərin 81%-i İsraili mənfi, 16%-i müsbət dəyərləndirib. 66% iştirakçı Azərbaycanın İsraillə əlaqələrini pisləyib, 23% balanslı rabitələrin tərəfdarı olub. İştirakçıların 69,5%-i İsraili Ermənistan kimi işğalçı dövlət sayır. 83,5% isə belə hesab edir ki, müharibə zamanı müsəlman dövlətləri öz vəzifələrini yerinə yetirməyib. Yalnız 13,5% belə hesab edir ki, bu dövlətlər hadisəyə reaksiya verib. 56,5% Azərbaycanın Qəzzə müharibəsinə münasibətini yetərsiz sayıb, 32% bunu adi dəyərləndirib, 11,5% isə bu respublikanın münasibətini müsbət dəyərləndirib. Respondentlerin 86%-i müsəlman dövlətlərinin birliyini istəyib, 93,5% Fələstin dövlətinin yaradılmasını himayə edib. 79% belə hesab edib ki, Fələstin dövlətinin yaranmasına İsrail mane olur. Ümumi iştirakçıların 83,5-i (163 nəfər) hazırkı sorğuda qəti şəkildə Fələstini himayə edib. (İRNA agentliyi, 07.11.06; YeniŞarq.org, Bakı, 24.01.09)

Bu sorğulardan çıxarılan ümumi qənaət budur ki, 70 il Sovetlər İttifaqı dövründə, eləcə də indiki Azərbaycan Respublikasında şiəliyə qarşı atılan bütün addımlara baxmayaraq əhali müsəlman olaraq İslam dünyasının tərkib hissəsidir və onların ictimai-siyasi meylləri təkamüldən danışır.

2.Azərbaycanda dini dirçəlişin zəminə və dəlilləri

İran İslam İnqilabı

Bu məmləkətdə dini dirçəliş tarixini son on il boyu araşdırmaq istəsək son üç on ili nəzərdən keçirməliyik. Məntəqədə İran İslam İnqilabının qələbəsi ilə ideoloji durum dəyişmişdir. Belə ki, İranda baş vermiş İslam inqilabı müsəlman millətlərin oyanış səbəbidir. Ərazi və mədəniyyət baxımından İrana bağlı tarixi olan Azərbaycan Respublikası da bu inqilabdan təsirlənmişdir. Ölkə dindarları belə düşünürlər ki, İran İslam İnqilabı Azərbaycan Respublikası xalqı üçün xüsusi faydalara malik olmuşdur.

Azərbaycan İslam partiyasının sabiq sədri Hacı Əlikram Əliyev öz xatirələrində belə yazır: “İran İslam İnqilabının qələbəsi ilə İslam maarifi xüsusi nüfuz gücü əldə etdi. Keçmiş qorxu aradan qalxdı, insanlarda şücaət və mübarizə ruhiyyəsi oyandı. Möminlərin İmam Xomeyniyə bağlılığı və məhəbbəti o qədər güclü idi ki, hazırkı Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dindarları Xomeyniçi adlandırmağa başladılar. Təhlükəsizlik qüvvələri bu adla dindarları İran İnqilabına bağlayıb damğalamaq istədilər. Onların fikri dindarlara qarşı ikrah yaratmaq idi. Biz Əhli-beyt (ə) tərəfdarı və təbliğatçısı olduğumuzdan, İmam Xomeynini təbliğ etdiyimizdən, onu İmam Mehdinin (ə) naibi saydığımızdan bizə casus damğası vurulurdu. (Əlikram Əliyev, 385, səh. 72-77) Ölkədəki digər dindarlar da mövcud  dini dirçəlişi İslam inqilabı ilə əlaqələndirir və onun təsiri sayırlar.

 

Sovetlər İttifaqının süqutu

Mövcud meyllər və siyasi dünyagörüşünə qayıdış  sovetlər ittifaqı dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra daha da gücləndi. İslamçılar belə düşünürlər ki, nəzərdə tutulan hadisələrdən sonra içtimai-siyasi idarəçilikdə İslamın nüfuzu artdı və insanlar öz övladlarına dini tərbiyə verməyə çalışdılar. 1994-cü ildə Gəncə şəhərində aparılmış araşdırmaya əsasən, yuxarıdakı müddəalar tam həqiqətdir. Araşdırmaya əsasən xalqın 77%-i respublika əhalisinin dini biliklərindən razı deyil. İslamın mövcud yeri 76%-i razı salmır. 79,7% bu fikirdədir ki, dini hökmlərin icrasına qadağa qoyulur, 74,2% mollaların savadsızlığını, 63% xalqın məlumatsızlığını həqiqət sayır. 87%  Azərbaycanda həqiqi İslamın mövcudluğunu arzulayır, 86% insanların mömin müsəlman olmasını istəyir. Araşdırmadan aydın olur ki, xalqın 88,8%-i övladlarına dini tərbiyə vermeyi arzulayır, 91,4 % dini təlimlərə yiyələnmək istəyir. 88,4% dini ədəbiyyatla tanışlığa çalışır, 88,4% dini təəssübə malikdir. 88,4% Qurana maraq göstərir, 80,9% ruhanilərə ehtiramla yanaşır. (Cəbbari, 1385, səh.94)

Müstəqillik dövründə Azərbaycan dövlətinin siyasəti

1992-2000-ci illərdə Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaranmış nisbi ictimai-siyasi sabitlik və dini meyllərin güclənməsi ilə dindarlara qarşı təzyiqlər artdı. Heydər Əliyevin Sovetlər İttifaqı dövründən bu sahədə böyük təcrübəsi vardı. Dindarlar təzyiqə məruz qaldı, həbs edildi, dini fəaliyyətlər nəzarət altına alındı. Amma xalq belə düşünür ki, ölkədə dini təlimlərə maraq artır və prosesler qeyri-leqal şəkil alır.

Ölkəyə dini kitabların gətirilməsinə qadağa qoyulsa da əhali buna əhəmiyyət vermir, cəmiyyətdə şiə mənbələrindən geniş şəkildə istifadə edilir. Əlbəttə ki, ədəbiyyatlarda qüsurlar da çoxdur. İranda mövcud olan şiə ədəbiyyatının Azərbaycanda çapı və yaılmasına ciddi məhdudiyyətlər qoyulub. Hansı ki, eyni vaxtda Türkiyədən gətirilən dini ədəbiyyata kifayət qədər azadlıq verilib. İrandan gələn ədəbiyyat isə ciddi məhdudiyyətlərlə üzləşib. Amma müsəlmanlar bu məhdudiyyətlərə məhəl qoymur, İran təqlid alimlərinin qadağan olunmuş kitabları və risalələri asanlıqla tapılır. (Bayramzadə, 2008)

3.Azərbaycan respublikasında dini dirçəlişin nişanələri və göstəricilər

Ötən illərdə şiə ədəbiyyatına ictimai marağın artımı

Xüsusi dini mənbələrə, xüsusilə Qurani-kərim, Nəhcül-bəlağə, Üsuli-kafi, Təfsiri-əl-mizan, İmam Xomeyninin həyat və yaradıcılığı, İmamın Qarbaçova məktubu xüsusi maraqla qarşılanmış ədəbiyyatlardandır. Şəhid Mütəhhərinin, Ayətullah Misbah Yəzdinin, İmam Xomeyninin, Ayətullah Sübhaninin, Doktor Şəriətinin yüzlərlə kitabları bu qəbildəndir. Bu kitablara maraq demək olar ki, günbəgün artır. İnsanların öz dini məlumatını artırmağa marağı göz qarşısındadır. Dini mənbələrə bir o qədər də sayğılı olmayan mətbuat orqanlarından biri yazır: Şəhərdə səyyar və sabit kitab satışı ilə məşğul olanlarla söhbətdə onlar dedilər: “Gənclər arasında dini kitablara maraq artır. Bu elə bir zamanda baş verir ki, insanlar maddi problemlərlə üzbəüzdür. Dini kitab oxuyanların sayı son on beş ildə azalsa da kitab satışı rövnəqini itirməyib. Satılan kitabların 60-70%-i dini kitablardır. Satılan kitablar arasında Quran və dua kitablarının xüsusi yeri var. Orta yaşlı nəslin dini kitablara marağı azdır. Çünki onlar öz gəncliyini Sovetler dövründə keçirib. Hicablı xanımların da əksəriyyəti gənclərdir. Dini kitablara maraq nöqteyi-nəzərindən gənc nəsil orta yaşlı nəsildən çox secilir. Kitab mağazalarındaklı dini ədəbiyyatın mövzuları və başlıqları çeşidlidir. Onların əksəriyyətinin müəllifi xaricilərdir. Kitablar Azərbaycan dilinə tərcümə olunub. Kitab rəflərində İslam tarixi, dini mərasimlər, ibadətgahlar mövzusunda kitablar daha çoxdur. Başqa dinlər haqqında da ədəbiyyatlar var. Kitabların əksəriyyəti nəfis şəkildə çap edilir. Hazirda kiril əlifbası ilə kitab satışı  öz gücündədir. Kitabların əksəri 90-cı illərdə tərcümə edilmişdir. Ramazan və məhərrəm aylarında dini kitabların satış səviyyəsi artır. Bu ayda oruc tutub namaz qılanların sayı artdığından dini kitablara maraq da artır. Gənclərin diqqətini daha çox cəzb edən kitablar arasında ailə quranlar üçün peyğəmbərin nəsihətləri, İmam Əlidən (ə) hədislər, Quranın təfsirini göstərmək olar. (Bakı-xəbər qəzeti, 20.06.87)

İslam dünyası ilə həmdərdlik və Beynəlxalq Qüds günü

Azərbaycan Respublikasının  dindar əhalisi müxtəlif dönəmlərdə İslam dünyasında baş vermiş hadisələrə reaksiya göstərirlər. Ölkə müstəqillik qazanan gündən Beynəlxalq Qüds günü əzəmətlə keçirilir. Əhalinin ona diqqəti hər il artmaqdadır. Hansı ki, dövlət supergüclərin təzyiqi altında bu mərasimlərə qadağa qoyur. Küçələrdə toplaşmaq və yürüşlər, konfrans və seminarlar keçirmək, dəyirmi masalar təşkil etmək o qədər də asan deyil. Bütün bu tədbirlər Fələstin xalqı ilə həmdərdlik adı altında təşkil edildikdə təzyiqlər daha da artır. Qüds gününün əzəməti ölkədəki dini dirçəlişin göstəricilərindəndir. Qüds günü sionist rejim səfirliyinin qarşısında aksiyalara cəhd dövlətin təzyiqləri ilə üzləşir. Həmin gün aksiyaya qatılanlar hökumət tərəfindən həbs edilir, həbsxanaya salınır. Respublikanın Gəncə, Astara və Lənkaran kimi başqa şəhərlərində də Qüds günü qeyd edilir.

Dini müqəddəsliklərin təhqiri və məsçidlərin sökülməsinə qarşı mübarizə

Azərbaycan Respublikasında şiə dünya görüşünün dirçəliş göztəricilərindən biri də əhalinin dini müqəddəsliklərin təhqirinə qarşı etirazı, təqlid alimlərinə ehtiram tələbidir. Son illərdə ictimai səhnədə və mətbuatda bu istiqamətdə fəaliyyətlər nəzərə çarpır. Məsələn, Sənət qəzetində dini müqəddəslikləri təhqir edən bir məqaləyə görə ölkəni etiraz dalğası bürümüşdür. Belə ki, sekulyar dövlət məqalə müəllifini  iki il azadlıqdan məhrum etmiş və qəzeti bağlamışdır. (Turan agentliyi, 15.02.86)

Ölkədə islamafobiyaya qarşı mübarizənin zirvə nöqtəsi məscidlərin sökülməsinə qarşı mübarizədə, xüsusilə Fatimeyi-Zəhra məscidinin müdafiəsində qeydə alındı. Bakıda yerləşən bu məscid dindarların birliyi, təqlid alimlərinin himayəsi, digər ölkə müsəlmanlarının dəstəyi sayəsində qorunub saxlandı.  İran və Türkiyənin xüsusi dəstəyi ilə məscidi sökmək qərarı ləğv edildi. Bu cari ilin Ordibehişt ayına təsadüf edir. Bu mübarizə sırasında İsrail-Azərbaycan dostluq parkının ləğvi, İsrail səfirliyinin bağlanması, hicablı xanımların dövlət orqanında azad çalışması tələbləri kimi mövzular da var. Bu istiqamətlərdə aparılan mübarizələr dini dirçəlişin nümunələridir. Həmin mübarizə indi də davam etməkdədir. İctimai səhnə, mətbuat və informasiya vasitələri mübarizə meydanına cevrilmişdir. (Yeni Müsavat qəzeti, 09.10.86; Trend, 13.02.87; Exo qəzeti, 28.02.87; İran İslam Respublikasının xəbər agentliyi və Aran agentliyi, 6-8.04.1388)

Dini əlamətdar günlər

Azərbaycan Respublikasında xalqın dini əlamətdar günləri əzəmətlə keçirməsi ölkədə dini dəyərlərin genişləndiyini göstərir. Dini bayramlarda, mövlud və vəfat günlərində məscidlər və digər dini məkanlarda toplantılar, ramazan və məhərrəm ayında keçirilən mərasimlər ölkədə dini dünya görüşünün gücləndiyinə sübutdur. Artıq respublikada İmam Hüseyn (ə) əzadarlığı bir ənənəyə çevrilmişdir. Əzadarlıq mərasimləri bir növ təlim mərkəzi kimidir. Ruhanilər və Əhli-beyt məddahları əzadarlıq mərasimlərində İmam Hüseyn (ə) qiyamının fəlsəfəsindən danışır, ölkədə dinsizlik və əxlaqsızlığın yayılmasını tənqid edirlər. Həmin söhbətlərdə missioner fəaliyyətləri, azğın firqələrin mövcudluğu, Fələstinin azadlığı kimi mövzular yer alır. Bir növ xalq bu mübarizəyə qatılır. Məhərrəmlik ayında keçirilən mərasimlərdə dünya hadisələrinə münasibət açıqlanır, dini əqidələrin bəyanına yer verilir. Qeyd etmək yerinə düşər ki, əzadarların sıraları hər il artmaqdadır. Həmin dönəmdə Bakının küçələrindən adladıqda qara bayraqlara rast gəlirik. Son bir necə ildə mübarək ramazan ayına da diqqət artıb. Möminlərdən biri hicri-şəmsi 1385-ci ildə baş tutmuş söhbətdə deyir: “Bu il xalqın yarıdan çoxu oruc tutub. Oruc tutanların sayı hər gün artmaqdadır. Xalq arasında hicaba bir o qədər  əhəmiyyət verilməsə də, oruc tutanlar çoxdur. Şəhərlərin siması da dəyişib.” 1387-ci ildə ilk dəfə Bakı şəhərində dini təbliğ edən böyük tablolar yerləşdirilib. Həmin tablolarda oruc ayininin mənəvi əhəmiyyəti və faydaları əks etdirilib. Üç milyon nəfər əhalisi olan Bakı şəhərinin müxtəlif nöqtələrində bu qəbil plakatlarla rastlaşmaq olar. 1991-ci ildən sonra belə tablolarla ilk dəfə rastlaşırıq. (Nəbz qəzeti, 28.06.87)

Artıq mətbuatda və digər kütləvi informasiya vasitələrində dini mövzulara daha çox yer verilir, dini şəxsiyyətlərin qəzet və jurnalları, saytları fəaliyyət göstərir, dini kitablar cap olunur. Son bir neçə ildə dini məzmunlu filimlər Azərbaycan dilinə dublyaj edilmiş və televiziyada nümayiş etdirilmişdir. İmam Əli (ə), Tənha komandan, Eşq vilayəti, İtirilmiş paklıq, Səfir, Yüsif peyğəmbər, Əshabi-kəhf və onlarla başqa filimlər cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Azərbaycan informasiya vasitələrində də xalqın dini dəyərlərə maraqı əks olunmaqdadır. Aparılan sorğular xalqın bu qəbil proqramlara artan marağından danışır. Azərbaycan Respublikasında səfərdə olanlar deyir: “Respublika əhalisinin namaz, oruc, dini vergilər, hicab və digər dini mövzulara diqqəti kəmiyyət və keyfiyyət baxımından artmışdır. Məscidlərdə namaz qılanların sayı durmadan artmaqdadır. Məscidlərdə və evlərdə fərdi və toplum şəkilində dini təhsil verilir. Dini maarifin yayılması üçün bütün vasitələrdən istifadə olunur. Respublikanın əksər nöqtələrində dinə maraq var və dini müqəddəsliklərin təhqirinə qarşı, o cümlədən Amerikada Quranın yandırılmasına qarşı aksiyalar keçirilir.

Şiə təşkilatlarının siyasi fəaliyyətləri güclənir

Bir neçə il əvvələdək ölkədə mövcud olan dini təşkilatlar İslam partiyası və bir neçə məhəlli qurumdan ibarət idi. Amma hazırda respublikada onlarla dini təşkilat və cəmiyyət fəaliyyət göstərir. Onlar dinlə bağlı bütün hadisələrə münasibət bildirir,  reaksiya verirlər. Ölkədəki şiə mütəxəssislərdən və digər ekspertlərdən dindarların ictimai fəaliyyətləri ilə bağlı soruşduqda onlar dini qrumların və dini fəaliyyətlərin artdığını bildirirlər. Bəzi şiə qrumlarının adını qeyd edək: Dini etiqad azadlıqlarını müdafiə mərkəzi (İlqar İbrahimoğlu); Vəhdət partiyası (Xudat Xudiyev); İslam partiyası (Doktor Mövsüm Səmədov); İslam-demokrat partiyası (Tahir   Abbasov); Fəzilət partiyası (Gündüz Hacıyev); Yaşıl partiya (Mayis Güləliyev); Dəyərlər ictimai birliyi (Hacı Mehdi); Birlik ictimai birliyi (Namiq Babaxanov).
Bakı şəhərində İçərişəhərdə yerləşən Cümə məscidi və onlarla digər cəmiyyətlər və qruplar  daxili və beynəlxalq problemlərə reyaksiya göstərərək siyasi güc mərkəzinə çevrilir.  Azərbaycançı Qüvvələr Birliyi kimi təşkilatlarla həmkarlıq göstərərək dini qrumlar İsrailin Qəzzəyə hücumu, məscidlərin dağıdılması, Qüds kimi mövzularda respublikadakı proseslərə təsir göstərirlər.

Şiə birliklərinin informasiya vasitələri və mətbuat orqanları

 

Son bir necə ildə Azərbaycan Respublikalarında dindarlara məxsus mətbuat orqanları artmaqdadır. Onların radio və televizya proqramlarında iştirakı da genişlənib. Hazırda dindarlara məxsus saytlar fəaliyyət göstərir. Dini orqanlar digərləri ilə müqayisədə azlıq təşkil etsə də cəmiyyətin dini mövzularla tanış edilməsində müstəsna rol oynayırlar. Dini düşüncənin formalaşması, şübhələrin cavablandırılması, psixoloji müharibədə bu mərkəzlərin rolu danılmazdır. Bu informasiya vasitələrində xalqın dini dəyərlər və müsəlman dünyası ilə tanışlığı istiqamətində fəaliyyət göstərilir. Əvvəllər bu sahədə böyük problemlər yaşanmışdır. Bu orqanlar xüsusi maddi problemlərlə üzbəüz olduğundan gündəlik fəaliyyət göstərə bilmirlər. Mətbuatda həftədə iki gün, həftədə bir dəfə, ayda bir dəfə işıq üzü görən nəşriyələr var. Şiə toplumuna məxsus nəşriyələr arasında Dəyərlər, İslam, Nəbz, Birlik, Dəvət, İrs, Yeni Zaman, İslam Həqiqətləri, İslamın səsi, Haray qəzetlərinin adını çəkmək olar.

Nəticə

Məqalədə qeyd olunan nöqtələr Azərbaycan Respublikasında şiəliyin durumu, dini düşüncənin inkişafından bəhs edirdi. Təbii ki, dövlətin qoyduğu məhdudiyyətlər şiələrin fəaliyyətləri ilə aradan qalxsa, dini proqramların icrası şəraiti genişlənsə respublikada şiəlik və İslamın göstəriciləri də artar. Hazırda dövlətin şiə hərəkatlarına münasibətdə  davranışı respublikada dini mövqelərin güclənməsi dəlilidir. Əlbəttə ki, son illərdə islamafobiya da güclənmişdir. Belə ki müsəlmanlar hazırkı dönəmi Stalinin repressiyaları ilə yadda qalan 37-ci il ilə müqayisə edirlər.

 

Mənbələr

 

1.Bayram Balci, “Sovetlər ittifaqının süqutundan sonra Azərbaycanda şiə məzhəbinin taleyi”, şiə xəbərləri, 21 (1386)

2.Vəli Cəbbari, “İrandan ayrıldıqdan sonra Azərbaycan respublikasında din alimləri”, Aran, 4-cü il, 8, 9 (1385)

3.Hacı Əlikram Əliyev, “Xatirələr”, tərtib edən: Əbdül-Hüseyn Şəhidi Ərcbaran, Tehran, İslam inqilabı arxivi, 1385

4.Səməd Bayramzadə, Azərbaycan İslam mədəniyyət abidələri, Bakı, 2008

Farsca qəzet və digər mənbələr

1.Aran agentliyi (Təbriz)

2.İran İslam respublikası xəbər agentliyi (İRNA)

Azərbaycan nəşriyələri, informasiya vasitələri, saytlar

1.Bakı qəzeti, 20.06.87

2.Yeni Musavat, 09.10.86

3.Trend, 13.02.87

4.Exo, 28.02.87

5.Bakinskie vedomosti, 20.03.85

6.Turan agentliyi, 15.02.86

7.Nəbz, 28.06.87

8.Haqqyolu.com

9.İslam-Azeri.az

10.Arannews.ir

11.Yenişharq.org

12.Deyerler.org

13.İslaminsesi.az

14.İslaminsesi.az

15.Faktxeber.com

16.İslamaz.com

17.Birlik.az

 

  • Yazılıb
  • da (də) 2010 Oct 21