Tarix : 2010 Oct 21
Kod 19266

Fransa Ermənistan üçün viza rejimini sadələşdirir

Noyabrın 1-dən Fransa Ermənistan vətəndaşları üçün viza rejimini yüngülləşdirir
Erm'nistan servsi/Aran agentliyi

“Aran” İnformasiya AgentliyininBakıdan verdiyi məlumatlara görə,noyabrın 1-dən etibarən Fransa Ermənistan Respublikası vətəndaşları üçün viza rejimini yüngülləşdirəcək. Bu haqda Ermənistanın tert.am saytı xəbər yayıb. Bildirilir ki, bundan sonra 2008-ci il noyabrın 1-dən Fransaya ən azı 1 dəfə «C» klass viza almış ermənilər təkrar viza üçün səfirliyə müxtəlif sənədlər təqdim etməli olmayacaq. Fransanın Ermənistandakı konsulu Fredrik Qrape bildirib ki, “Biz insanların həyatını asanlaşdırmaq istəyirik”.

Qeyd edək ki, sadələşdirilmiş viza rejimi digər Cənubi Qafqaz respublikalarına – Azərbaycan və Gürcüstana şamil edilmir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 21