Nazirlər Kabinetinin 19 oktyabr 180 saylı qərarına əsasən, “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış ...
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 19 oktyabr 180 saylı qərarına əsasən, “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”yə yeni bənd əlavə olunub.
Məlumatda bildirilir ki, müqavilənin yeni bəndinə əsasən, xaricdə təhsilləri dövlət tərəfindən maliyyələşən bütün tələbələr təhsil aldıqları ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etməlidirlər.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan Prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Proqrama görə, Azərbaycan Respublikasından olan gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydaları müəyyənləşib.
“Aran” İA