Tarix : 2010 Oct 21
Kod 19268

2010-cu ildə Ermənistanı 25 min ailə tərk edib

“Nə iqtisadiyyat, nə kənd təsərrüfatı, nə sənaye var. Hökumət isə presedenti olmayan sosial proqramlardan danışır”
Erm'nistan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyininverdiyi məlumatlara görə, yalnız 2010-cu ilin ilk 9 ayında Ermənistan Respublikasını 25 min ailə tərk edib. Bu haqda Ermənistanın “Armenia Today” İnformasiya Agentliyi məlumat verir. Məlumata görə, cari ildə ölkəni 25 min ailənin tərk etməsi xəbərini Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Zoya Tadevosyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədəki çətin sosial-iqtisadi durum, rəsmi İrəvanın iflasa uğramış xarici siyasəti, hakimiyyətdəki rejim insanları vətəndən qaçmağa vadar edir. “Yalnız bu il ölkədən getmiş 25 min ailə bird aha geri dönməyəcək”, - deyə MSK üzvü qeyd edib: “Nə iqtisadiyyat, nə kənd təsərrüfatı, nə sənaye var. Hökumət isə presedenti olmayan sosial proqramlardan danışır”.

 

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 21