Tarix : 2010 Oct 21
Kod 19269

Sabah Bakıda seçki bülletenlərinin çapına başlanacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib
Azerbaijan servsi/Aran agentliyi

 

“Aran” İnformasiya AgentliyininBakıdan verdiyi məlumatlara görə, dünən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Yerli KİV-lər məlumat yayıb ki, iclasda əvvəlcə MSK-nın 20 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənib. MSK katibi və üzvləri Natiq Məmmədov, Mikayıl Rəhimov, Ramiz İbrahimov, Validə Kazımova, Nizami Nadirov, Tofiq Həsənov daxil olan şikayətlər barədə məlumat veriblər.

2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub. Həmçinin bəzi şikayətlər təmin olunub.

İclasda bildirilib ki, MSK-ya 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun (Arifoğlu) seçki qanunvericiliyini pozması ilə bağlı həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi Sədaqət Vəliyeva və digər 3 deputatlığa namizəd tərəfindən müraciət daxil olub. Müraciətdə Rauf Arifoğlunun qanunvericiliyin müvafiq tələblərini pozduğu iddia olunub və onun namizədliyinə xitam verilməsi xahiş olunub. MSK isə şikayətə aidiyyəti üzrə dairə seçki komissiyası tərəfindən baxılmalı olduğunu bildirərək müraciəti 25 saylı Nizami ikinci seçki dairəsinə göndərib.

Müraciətlərə baxılan zaman MSK üzvü Akif Qurbanov komissiyanın fəaliyyətini tənqid edib. MSK sədri Məzahir Pənahov cavab olaraq bildirib ki, MSK heç kimin imzasını səhv çıxarmır: “İmzaların eyni şəxs tərəfindən imzalanması ortaya qoyulur”.

Məzahir Pənahov qeyd edib ki, iki gündən sonra (yəni sabah - AİA) bülletenlərin çapına başlanacaq: “Bu proses Milli Məclisin mətbəəsində aparılacaq”.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Oct 21