Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bir istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya AgentliyininAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bir istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanıb. Əxlaqsızlıq yuvasının rayonun "Kardinal" istirahət mərkəzində Tel kənd sakini Firuz Səmədov tərəfindən təşkil olunduğu məlum olub. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Firuz Səmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
“Aran” İA