Tarix : 2010 Oct 22
Kod 19276

Azərbaycana qar yağacaq

Oktyabrın 22-si axşamdan həftənin sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti proqnozlaşdırılır
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, bu axşamdan etibarən həftə sonunadək Azərbaycan Respublikası ərazisində havalar qeyri-stabil olacaq. Havaların soyuyacağı bildirilir. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. Məlumata görə, şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Temperatur tədricən aşağı enəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, gecə saatlarında yağışın yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 22