İsraildə Şas partiyasının ruhani lideri xaxam Ovadya Yosefin “yəhudi olmayanların mövcud olmalarının səbəbi yəhudilərə qulluq etməkdir” deməsi gündəmi qarışdırdı
Beynalxalq servsi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, İsraildə hökumətin vətəndaşlıq üçün “Yəhudi dövlətinə sədaqət andı” şərti ətrafında yaranmış ajiotaj bu dəfə hakim koalisiya üzvü olan Şas partiyasının ruhani lideri, tanınmış xaxam Ovadya Yosefin “yəhudi olmayanların mövcud olmalarının səbəbi yəhudilərə qulluq etməkdir” deməsilə bir az da qızışdı. Yaşı 90-nı haqlamış xaxam dini mərasimdə oxuduğu vəzdə “qeyri-yəhudilər bizə qulluq etmək üçün doğulur. Yalnız və yalnız İsrail xalqına qulluq etmək üçün. Bunu etməzlərsə, bu dünyada yerləri yoxtur”, - deyib.
Yəhudi din alimi Yosef bunları söyləyib: “Biz görürük ki, onlar da ölməyib, uzun ömür sürürlər. Bilirsinizmi niyə? Yaşayıb, biz yəhudilərə qulluq etmək üçün. Düşünün ki, eşşəyiniz öldü. Bu bir pul itkisidir, elə deyilmi? Çünki o eşşək xidmətçinizdir. Sizə qulluq edir. Bax, qeyri-yəhudilərin ömürləri buna görə uzun olur. Yəhudilər üçün yaxşı işləyib, çalışsınlar deyə. Yəhudi olmayanlar nəyə lazım? Çalışıb, əkib-becərməyə! Biz də ağa kimi, onlardan faydalanacağıq. Bax, qeyri-yəhudilərin yaradılış səbəbi budur!”.
Qeyd edək ki, xaxamın bu çıxışına ilk reaksiya ABŞ yəhudilərindən gəlib. Amerikadakı yəhudi lobbi quruluşu olan “İnkar və İftiraya qarşı Mübarizə” Birliyinin direktoru Abraham Foksman xaxam Yosefin fikirlərini sərt tənqid edib və belə fikirlərin yayılmasından rahasız olduğunu bildirib.
Xaxamın diskriminasiya toxumlarını səpən fikirləri İsraildə yaşayan qeyri-yəhudiləri də narahat edib. Onlar xaxamı cəmiyyəti təxribata sürükləməkdə ittiham ediblər.
“Yeni Şərq”