Tarix : 2010 Oct 30
Kod 19348

ATƏT-in Bakı ofisi məhkəmələrin monitorinqilə bağlı hesabat yaydı

ATƏT Azərbaycanın Məhkəmə hakimiyyətini tənqid etdi
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, ATƏT-in Bakı ofisi Azərbaycanda 2009-cu il üzrə məhkəmələrin monitorinqi ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, ədalət mühakiməsi standartları baxımından məhkəmələrin fəaliyyətində nöqsanlar aşkar olunub.

Bura təqsirləndirilən şəxslərə vaxtında və tam şəkildə hüquqarı izah olunmaması, işgəncə və pis rəftarla bağlı təqsirləndirilən şəxslərin iddialarının araşdırılmaması, müstəqil və qərəzsiz məhkəmə hüququ, təqsirsilik prezumpsiyası ilə bağlı problemlərin olması daxildir. 

Hesabatda bildirilir ki, məhkəmələr təqsirləndirilən şəxslərin və müdafiəçilərin vəsatətlərini təmin etmədən qəbulolunmaz sübutları qəbul etməkdə davam edir.

ATƏT-in Bakı ofisi Azərbaycanda ədalət mühakiməsi standartlarının pozuntularını aradan qaldırmaq üçün mümkün islahatlarla bağlı ümumi tövsiyələrini də verib.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Oct 30