Tarix : 2010 Oct 30
Kod 19349

Türkmənistan prezidenti Azərbaycana səfər edəcək

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə ANS-ə məlumat verilib. Səfirin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında münasibətlər genişlənir və dərinləşir: “Bilirsiniz ki, bu yaxınlarda, yəni noyabr ayında Bakıda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri ilə bağlı 60 nəfər səfərə hazırdır. Azərbaycan vətəndaşları mədəniyyət günləri ərzində Türkmənistanın mədəniyyəti, adət-ənənəsi ilə tanış ola biləcəklər".

Diplomat eyni zamanda bildirib ki, Bakıda iki ölkənin birgə sammiti də keçiriləcək və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfər edəcək.

“Sammitdən sonra iqtisadi dövlətlərarası komissiyanın iclası keçiriləcək. Həmin toplantıda Türkmənistan tərəfindən 20-ə yaxın nazir və nazir müavinləri, eləcə də Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Burada bütün məsələləri həll edəcəyik. Bizim münasibətlərimiz daha da genişlənəcək və inkişaf edəcək”,- deyə Azərbaycanın Türkmənistandaki səfiri Vəhdət Sultanzadə məlumat verib.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Oct 30