Tarix : 2010 Oct 30
Kod 19351

Azərbaycan Respublikası prezidentinin Ukrayna səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Ukraynaya rəsmi səfərə gəlib
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Ukraynaya rəsmi səfərə gəlib.

Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Viktor Yanukoviçə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoyublar, 1941-45-ci illər Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.

Sonra president Əliyev qədim Kiyev şəhərinin mənzərəsini seyr edib.

Daha sonra Azərbaycan və Ukrayna prezidentləri 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldımış abidəni ziyarət ediblər.

Ukrayna Prezidentinin internet saytı məlumat yayıb ki, Ukraynada Azərbaycan və Ukrayna Prezidenləri Şurasının ikinci iclası keçirilib.

Sonra Viktor Yanukoviç və İlham Əliyev birgə Bəyannamə imzalayıblar.

Bundan başqa, dövlət başçılarının iştirakı il Azərbaycan və Ukrayna xarici işlər nazirlikləri arasında arxiv işləri sahəsində əməkdaşlıqla bağlı Saziş imzalanıb.

Oktyabrın 28-də Kiyevdə iki president arasında təkbətək görüş olub.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə Ukrayna arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu qeyd edilib.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Elə həmin gün Kiyevdə, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin birgə Bəyannaməsi”ni və “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının ikinci iclasının Protokolu”nu imzaladılar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2010 Oct 30