Tarix : 2010 Oct 30
Kod 19352

Bakıda 11 aksiyanın qarşısı alınıb

Polis rəsmisi: ''Bu il paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb''
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb.

Bu müddət ərzində Bakı miqyaslı 147, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 94 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib.

Bu barədə bu gün Bakı şəhər Baş Polis İdarəsində 9 ayın yekunlarına həsr olunan əməliyyat müşavirəsində idarənin rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib. O, bildirib ki, 2010-cu ilin ötən 9 ayı ərzində ayrı-ayrı şəxslər tərəfindən müxtəlif qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 11 cəhdin hamısının qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.

Qeyd edək ki, ölkə qanunvericiliyinə rəğmən, Azərbaycan Respublikasında müxalifətyönümlü təşkilatların kütləvi aksiya, o cümlədən piket, mitinq, nümayiş və yürüşlərin keçirilməsinə hakimiyyət icazə vermir və aksiya cəhdlərinin qarşısı qətiyyətlə alınır.

 

“Aran” İA

 

  

  • Yazılıb
  • da (də) 2010 Oct 30