Tarix : 2010 Oct 30
Kod 19355

ZƏVVARLAR HƏCC ZİYARƏTİNƏ NOYABRIN 2-DƏ YOLA DÜŞƏCƏKLƏR

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk avtobus karvanının oktyabrın 29-30-da yola düşəcəyi planlaşdırılsa da, səfər günü noyabrın 2-nə təyin olunub.
Azerbaijan servisi/Aran agentliyi

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk avtobus karvanının oktyabrın 29-30-da yola düşəcəyi planlaşdırılsa da, səfər günü noyabrın 2-nə təyin olunub.

Buna zəvvarları ziyarətə aparacaq Türkiyədən gələn avtobusların Bakıya gec çatması səbəb olub. Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. QMİ rəsmisi bildirib ki, avtobusların təşkili üçün türk firması ilə müqavilə imzalanıb: “Həmin avtobusların Azərbaycana gec gəlməsi səbəbindən vaxtı dəyişdirməli olduq. Noyabrın 2-də səhər saat 8 radələrində Hökumət Evinin qarşısından ilk avtobus karvanı yola düşəcək. İlk təyyarə reysi isə noyabrın 2-də yola düşəcək. Digər reyslər isə noyabrın 3-ü, 4-ü və 5-də havaya qalxacaq”.

Qeyd edək ki, bu il də Azərbaycandan 2 min nəfərin Həcc ziyarətində iştirakına şərait yaradılacaq. Ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəməli olacaqlar. Zəvvarların otel və qidalanma xərclərini də QMİ öz üzərinə götürəcək.  

  • Yazılıb
  • da (də) 2010 Oct 30