Qurulacaq müstəqil Fələstin dövlətinə qarşılıq olaraq rəsmi Təl-Əvivə Şərqi Qüds və İordaniya vadisində 100 il ərzində torpaq kirayə götürmək təmin olunacaq
Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ dövləti müstəqil Fələstin dövlətinin qurulması müzakirə edildiyi vaxtda İsraillə gizli danışıqlara gedib. Londonda nəşr olunan "Şarkul Avsat" qəzetinin verdiyi məlumatda, İsraililə gizli görüşlər keçirən ABŞ rəhbərliyi, qurulacaq müstəqil Fələstin dövlətinə qarşılıq olaraq rəsmi Təl-Əvivə Şərqi Qüds və İordaniya vadisində 100 il ərzində torpaq kirayə götürməyi təmin edəcəyi bildirilirb. Qeyd edək ki, məlumatda həmçinin baş verən bu proseslərdən Fələstin tərəfi də xəbərdar olduğu öz əksini tapıb. Nəzərinizə çatdılraq ki, İngiltərə mediasında gündəmdə olan bu məsələyə ABŞ və İsrail tərəfləri heç bir münasibət bildirməyib.