Amerika mətbuatı, Yəməndən ABŞ-ın Çikaqo şəhərinə gedən yük təyyarəsində bomba tapılması barədə məlumat yayıb
Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin paytaxtı Londonda United Parcel Service (UPS) şirkətinə aid təyyarədə aparılan axtarışlar zamanı bomba halına çevrilmiş bir yük tapıldığı barədə məlumat yayılıb. Bomba tapılan yük təyyarəsinin Yəməndən İngiltərəyə gəldiyi, oradan da ABŞ-a uçacağı bildirilir. Qeyd edək ki, hadisə ilə əlaqədar təyyarədə yoxlama aparan ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB), təyyarədə şübhəli bir paketin tapıldığını, ancaq ilkin test zamanı tapılan paketin partlayıcı olmadığını açqılayıb.
Nəzərinizə çatdıraq ki, Amerika mətbuatı, Yeməndən ABŞ-ın Çikaqo şəhərinə gedən yük təyyarəsində bomba tapılması hadisəsini ölkəyə növbəti hücum kimi qiymətləndirib. Bütün qəzet və informasiya agnetlikləri ABŞ admistrasiyanın yeni "bomba" oyununu gündəmdə saxlayır. Ekspertlər isə ABŞ dövlətinin bu addımını yeni hazırlanan işğalçı planın tərkib hissəsi olduğunu istisna etmirlər. Nəzərə alsaq ki, Amerikada törədilən partlayışlar zamanı 2001-ci ildən Əfqanıstan və İraqın işğalına start verilib, yeni "bomba" oyunu dünya ictimaiyyəti tərəfindən həyacanla qarşılanır.