Son bir ildə Livan polisi və Hizbullah təşkilatı ölkədə xeyli sayda MOSSAD agentini zərərsizləşdirib
Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, İsrailin kəşfiyyat orqanı olan MOSSAD, Livanda böyük itkilər verir. Son bir ildə Livan polisi və Hizbullah təşkilatı ölkədə xeyli sayda MOSSAD agentini zərərsizləşdirib. Qeyd edək ki, dünən Livanın Hərbi Məhkəməsi ölkədə İsrailə casusluq etdiyi üçün 31 livanlıdan və bir fələstinlidən ibarət dəstyə 15 il müddətində həbs cəzası verib. İsrail üçün böyük bir fiyasko sayılan bu hadisə, rəsmi Təl-Əvivin gizli kəşfiyyat orqanı olan MOSSADı böyük pullar hesabına yaradılan dünyadakı etibarını 2 paralıq edib. Məlumat üçün bildirək ki, Livandakı casusların yarıtmaz fəaliyyəti İsrail Knessetindəki müxalif deputatları da ayağa qaldırıb və onlar MOSSAD rəhbərinin tez bir zamanda dəyişidirlməsini tələb ediblər.