Azərbaycanda nəşr olunan “Alma” qəzetinin 24 oktyabr 2010-cu il tarixində dərc edilən sayında İslamın əziz Peyğəmbəri, bütün bəşəriyyətin örnək şəxsiyyəti Həzrət Məhəmməd (s) təhqir edilib
Azerbaijan servisi/Aran agentliyi
“MənəviSaflığaDəvət” İctimaiBirliyiHəzrətMəhəmmədpeyğəmbərin(s) “Alma” qəzetində təhqirolunmasınaetirazını bildirərək, bəyanatı yayıb. Bəyanatdadeyilir:
Azərbaycandanəşrolunan“Alma” qəzetinin24 oktyabr2010-cuiltarixində dərcedilənsayındaİslamınəzizPeyğəmbəri, bütünbəşəriyyətinörnəkşəxsiyyətiHəzrətMəhəmməd(s) təhqiredilib.
“MənəviSaflığaDəvət” İctimaiBirliyiHəzrətMəhəmmədə (s) qarşı edilənbutəhqiramizhərəkətibütünİslamdünyasınaqarşı edilmiş təhqirvə alçaldıcı addımkimidəyərləndirərək, belə əxlaqnormalarındanuzaqbirhərəkətə qətietirazını bildirir.
“Alma” qəzetinin yuxarıda göstərilən tarixli nəşrinin 13-cü səhifəsində Tural Qurbanovun müəllifi olduğu məqalədə Həzrət Məhəmmədin (s) ünvanına insanlığa yaraşmayan, həqarət dolu məqamlar yer alıb. Müəllif bununla da kifayyətlənməyərək, sevimli peyğəmbərimizin təhqiredici karikatursını da dərc etdirib.
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanda belə halların baş verməsindən təəssüflənərək, narahat olduğunu bildirir. Üstəlik müqəddəs həcc mərasimi ərəfəsində belə bir hərəkətə yol verilməsini müsəlman vətəndaşlarımıza qarşı bir təxribat kimi qiymətləndirir. Bu hal ölkəmizdə uzun illərdir qorunub saxlanılan tolerantlığa zərbə vurmağa və cəmiyyətdə insanlar arasında qarşıdurma yaratmağa xidmət edir. Parlament seçkiləri ərəfəsində bu təxribatlarla cəmiyyətdə gərginlik yaratmaq cəhdləri aşkarcasına müstəqil Azərbaycana, onun müsəlman əhalisinə, bütövlükdə isə dövlət və dövlətçiliyimizə qarşı bir təcavüzdür.
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi hiddət doğurucu yazıyla əlaqədar adıçəkilən qəzetin rəhbərliyindən və yazı müəllifindən mətbuat vasitəsilə yazılı təkzib vermələri və müsəlman Azərbaycan xalqından üzr istəmələrini tələb edir. Eyni zamanda, aidiyyatı olan dövlət qurumlarından belə halların bir daha təkrarlanmaması üçün yazı müəllifinə və qəzetin rəhbərliyinə qarşı müvafiq ölçü götürülməsini istəyir.
Birliyimiz inancından və dini baxışlarından asılı olmayaraq, hər kəsi dini zəmində təxribatlara yol verməməyə və vətəndaşların dini hisslərinə ehtiramla yanaşmağa çağırır.