Tarix : 2010 Nov 02
Kod 19403

Fransa prezidenti Bakıya gələcək

Fransa prezidenti Nikola Sarkozinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfəri gözlənilir
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Fransa prezidenti Nikola Sarkozinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu barədə ANS-ə müsahibəsində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib. Diplomatın sözlərinə görə, hazırda səfərlə bağlı müvafiq hazırlıq işləri görülür.

Səfir qeyd edib ki, səfər zamanı həmsədr ölkə kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu, Fransanı bu prosesdə təmsil edən Bernar Fasyenin fəaliyyəti danışıqlar zamanı müzakirə ediləcək məsələlərdən biri olacaq.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Nov 02