Tarix : 2010 Nov 02
Kod 19404

Gürcüstanda casusluq ittihamı ilə 20 adam tutulub

Gürcüstanda Rusiya Federasiyasının xeyrinə casusluqda ittiham olunan 20 Gürcüstan vətəndaşı həbs olunub
Gürcüstan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Gürcüstanda Rusiya Federasiyasının xeyrinə casusluqda ittiham olunan 20 Gürcüstan vətəndaşı həbs olunub.

Məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Bununla belə, artıq Qərb KİV-ləri casusluq qalmaqalıyla bağlı məlumatları yaymağa başlayıblar.

Rəsmi Tiflis olayla bağlı yaxın günlərdə xüsusi brifinq keçirəcəyini və məsələyə aydınlıq gətirəcəyini bəyan edib. Ekspertlər bunu casusluqda ittiham edilənlərin tutulması xəbərini hakimiyyətin dolayısıyla təsdiqləməsi kimi dəyərləndirirlər.

Rusiya rəsmiləri də hələ ki hadisəylə bağlı öz münasibətini sərgiləməyib.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2010 Nov 02