Minskdə səfərdə olan Almaniya və Polşanın Xarici işlər nazirləri Belorusu gələn aya planlaşdırılan prezident seçkisinin azad və ədalətli keçirilməsini təmin etməyə çağırıb
Azerbaijan servisi/Aran agentliyi
Minskdə səfərdə olan Almaniya və Polşanın Xarici işlər nazirləri Belorusu gələn aya planlaşdırılan prezident seçkisinin azad və ədalətli keçirilməsini təmin etməyə çağırıb. Bu barədə nazirlər indiki prezident Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildiriblər. Onlar deyiblər ki, Avropa Birliyi ilə Belorusun münasibətlərində dekabrın 19-da keçiriləcək seçkisi çox önəmlidir.
Polşanın Xarici İşlər naziri əlavə edib ki, bu seçkinin demokratik keçirilməsi milə Belorus qarşıdakı üç ildə Avropa Birliyindən üç milyard avro yardım ala bilər.
1994-cü ildən hakimiyyət başında olan və yenə prezidentliyə namizədliyini irəli sürmüş Aleksandr Lukaşenko demokratik seçki vədi verib.