Azerbaijan servisi/Aran agentliyi
Bakının Nərimanov rayonunda yerləşən 10 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Şahidlərin ANS-ə verdiyi məlumata görə, bu gün saat 17:30 radələrində məhbus olduğu ehtimal edilən şəxs cəzaçəkmə müəssisəsinin damına çıxaraq özünü yandırıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə bu məlumatı təkzib ediblər. Verilən məlumata görə, deyilənlərin heç birinin əsası yoxdur. Sadəcə olaraq yoldan ötənlər cəzaçəkmə müəssisənin damını qırlayan ustanı görüblər və düşünüblər ki, kimsə özünü yandırır.
Amma şahidlərin təqdim etdikləri video və fotolardan aydın hiss olunur ki, damın üstündəki usta yox, məhbusdur və o heç də orada qırlama əməliyyatı həyata keçirmir. Çünki cəzaçəkmə müəssisəsinin damı kirəmitlə düzülüb. Videodan aydın hiss olunur ki, damdakı şəxslə kimlərsə danışıqlar aparır, onu aşağı düşürmək üçün dilə tuturlar. Bu proses təxminən 3-5 dəqiqə çəkir və damdakı adamı qəfildən alov bürüyür.