Tarix : 2010 Nov 03
Kod 19426

Bakıda Quran sərgisi keçiriləcək

Bu gün Bakıda Şirvanşahlar Saray Kompleksində müqəddəs Qurani Kərim kitablarının sərgisi keçiriləcək.
Azerbaijan servisi/Aran agentliyi

Bu gün Bakıda Şirvanşahlar Saray Kompleksində müqəddəs Qurani Kərim kitablarının sərgisi keçiriləcək. Sərginin təşkilatçısı olan Zəhra Qadınlar Cəmiyyətinin nümayəndəsi Hacıxanım Məhayət Hüseynovanın ANS-ə verdiyi məlumata görə, sərgi 10 gün müddətində davam edəcək.

"Burada nümayiş olunacaq qədim Qurani Kərimlər Suriya, Qətər, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gətirilib. Ümumilkdə, sərgidə 1000-ə yaxın kitab sərgilənəcək".

Qeyd edək ki, sərgidə yaşı 500-600 il olan kitablar da nümayiş olunacaq. 

  • Yazılıb
  • da (də) 2010 Nov 03