Azerbaijan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Türkiyənin müdafiə naziri Vecdi Gönül bugün Azərbaycana səfərə yollanıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun jurnalistlərə verdiyi məlumatda bildirilir ki, səfər noyabrın 2-də baş tutacaq və noyabrın 4-dək davam edəcək. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə, eləcə də Qarabağ və regional məsələlərə dair müzakirələrin aparılacağı gözlənilir.
Vecdi Gönül 2002-ci ilin 19 noyabrdan etibarən Türkiyənin 58 və 59-cu hökumətləri zamanında müdafiə naziri olub.
2007-ci il 29 avqustunda təşkil edilən 60-cı hökumət zamanında isə yenidən bu vəzifəyə gətirilib.
“Aran” İA