“Alma” qəzetində İslam dininin və Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsi ölkədə dindarları hiddətləndirməkdədir
Azerbaijan servisi/Aran agentliyi
“Alma” qəzetində İslam dininin və Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsi ölkədə dindarları hiddətləndirməkdədir. Bu mövzu ilə bağlı İslam-Azeri.az internet qəzeti, ölkənin bir sıra tanınmış ruhanilərinin münasibətini saytın oxucularının diqqətinə çatdıracaqdır.
İlahiyyatçı alim, Mir Cəfər Əyyubzadə: “Bu təhqirləri yazanlar, bu qəzetin rəhbərli özlərinə elə bəraət qazandırmaq istəyirlər ki, bu məqalə türk yazarının məqaləsidir. Ancaq bunların qərəzli düşüncələri hamıya aydındır. Ən azı məqalənin ortasında verilən karikatura bunu deməyə əsas verir. Çünki bu karikaturanı türklər çəkməyib. Bu addımla “Alma” qəzeti 1 milyarddan çox sayı olan toplumu təqhir edib. Ümid edirəm ki, Azərbaycanın müsəlman dövlət başçıları bunu nəzərə alıb tədbir görəcəklər”
Münasibətin tam hissəsini video xəbərdə izləyə bilərsiniz .