Tarix : 2010 Nov 03
Kod 19438

Azərbaycanın adı ''Ergenekon'' məhkəməsində

General Levent Ersözü öldürmək cəhdində ittiham olunan Erhan Keskin kəşfiyyat xarakterli məlumat toplamaq üçün Bakıda, Qarabağda və Ermənistanda olub
Azerbaijan servisi/Aran agentliyi

General Levent Ersözü öldürmək cəhdində ittiham olunan Erhan Keskin kəşfiyyat xarakterli məlumat toplamaq üçün Bakıda, Qarabağda və Ermənistanda olub.

Türkiyədə “Ergenekon” işi üzrə keçirilən məhkəmə prosesində Azərbaycana dair daha bir məqam üzə çıxıb. Yerli mətbuat yazır ki, “Ergenekon” işinə görə həbs edilən generallardan biri, jandarma kəşfiyyatının keçmiş rəisi Levent Ersözü xəstəxanada öldürməyə cəhd edən Erhan Keskinə qarşı rəsmi ittiham elan edilib. Prokurorların hazırladığı ittihamda şübhəlinin ifadələrinə yer verilir.

O, ifadəsində təsdiq edir ki, L.Ersözü “Ergenekon”un fəaliyyəti ilə bağlı bildiklərini istintaqa açıqlamasına imkan verməmək üçün onu öldürməyə cəhd edib. Hadisə Ersözü həbs edildikdən və səhhəti ilə bağlı xəstəxanaya yerləşdirildikdən sonra baş verib. Erhan Keskin generalı öldürmək üçün sifarişi “Ergenekon”dan aldığını etiraf edib. İttihama görə, şübhəli şəxs Ersözün müalicə oldunduğu İstanbul universiteti xəstəxanasına daxil olub və kimə atəş açacağı ilə bağlı ona tapşırıq verməli olan şəxsi gözləməyə başlayıb. Lakin sifarişçi gecikdiyi üçün E.Keskin havaya atəş açmağa başlayıb və polis tərəfindən saxlanılıb. İttiham tərəfi iddia edir ki, istintaqa verdiyi ifadədə o, generalı öldürmək üçün gəldiyini təsdiqləyib. İstintaqa verdiyi ifadədə o, həmçinin bildirib ki, 90-cı illərin sonlarında Diyarbəkirdə generallardan biri tərəfindən erməni dili kursuna və hərbi hazırlıq keçməyə cəlb edilib. Daha sonra kəşfiyyat xarakterli məlumatlar toplamaq üçün Bakıya, Dağlıq Qarabağa və Ermənistana gedib. 

  • Yazılıb
  • da (də) 2010 Nov 03