Tarix : 2010 Nov 05
Kod 19456

Erməni əsirliyində olan Azərbaycan vətəndaşı vətəninə qaytarılır

Həştərxanda imzalanan saziş icraata başlayır
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 4 noyabr tarixində Ermənistanın əsirlikdə saxladığı mülki şəxs Eldar Tağıyev Azərbaycana təhvil verəcək. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu, 27 oktyabr tarixində Həştərxanda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları sazişə əsasən həyata keçiriləcək.

Təhvil vermə prosesi noyabrın 4-də, saat 12.00-da Ermənistan-Azərbaycan təmas xəttinin şimal-şərqində - İcevan-Qazax yolunda baş tutacaq.

Ermənistanda əsirlikdə olan Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Eldar Heydər oğlu Tağıyev 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 05